06 Fevral 2025

“Bəşəri ideallar şairi Nizami Gəncəvi”

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Bəşəri ideallar şairi Nizami Gəncəvi” adlı şeir müsabiqəsi təşkil edilmişdir. Tədbirdə Bərdə ziyalısı Ağsaqqallar şurasının sədri Yaşar Zamanov, Aran Tv-nin direktoru Rafiq Hüseynov, Kəlbəcər rayon 94 saylı ümumi orta məktəbin dil ədəbiyyat müəllimləri Nuranə Nəbiyeva, Sevinc Əkbərova və şagirdlər iştirak etdilər. Müsabiqədə birinci yerin qalibi, Bərdə şəhər 8 sayli orta məktəbin 5-ci sinif şagirdi Hətəmli Zəhra, ikinci yerin qalibi, 94 saylı Kəlbəcər rayon ümumi orta məktəbin şagirdi Nəbiyeva Yağmur, üçüncü yerın qalibi, Nəbiyeva Aynişan elan olundular.