Bərdənin Qaradırnaq kəndində bayram şənliyi təşkil edilib.

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeli mədəniyyət müəssisələrində kütləvi bayram şənlikləri təşkil edilir.
Media1.az-ın xəbərinə görə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzininin filialı Qaradırnaq kənd Xalq Yaradıcılığı Klubunda Novruz bayramı münasibətilə ” Elimizə bahar gəlir” adlı şənlik və sərgi təşkil edilib.
Tədbirdə yaradıcılıq klubunun direktoru Habil Abdullayevin müşayətilə Kosa , keçəl personajları rollu oyunla folklor ənənələrini canlandırıb. Qədimi məişət və mətbəxə aid sərgiylə xalqımızın mədəniyyəti təbliğ olunub.
Musa Muradlı – Media1.az



