Bərdənin Müalicə Diaqnostika Mərkəzində kütləvi zəhərlənmə- FOTO
Bərdə Müalicə Diaqnostika mərkəzində dializ alan xəstələr arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Media1.az xəbər verir ki,bu barədə 26news.tv internet televiziyasına yerli sakinlər məlumat veriblər. Bildirilib ki, xəstələr dializ aldıqdan sonra vəziyyətləri pisləşib. Dializdən sonra bir neçə xəstələrdə qızdırma, üşütmə, ishal başlayıb təzyiq aşağı düşüb. Üç nəfərin vəziyyəti isə daha ağır olub.
İddia edir ki, zəhərlənməyə səbəb dializ avadanlıqlarının dizinfeksiyası zamanı düzgün təmizlənməməsi olub.