Bərdənin Kələntərli kəndində yanğın qeydə alınıb

Media1.az-ın xəbərinə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının qarşısının alınması məqsədilə hadisə yerinə cəlb olunub.Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə kol-kos, quru ot, yaş ağaclar yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ fəaliyyəti sayəsində ətraf ərazilər yanğından mühafizə olunub.