Bərdəli sakinin qaz problemi həll olundu: gündüz görülməli işi gecə elədilər

Bərdənin “Yağzavod” ərazisində yaşayan Əliyevlər ailəsinin mənzilində qazın dayanması barədə məlumat vermişdik. Bərdə qaz-qəza idarəsindən materialın olmadığını bəhanə gətirərək təmir bərpa işinin 3-gündən sonra, gələn həftənin 1-ci günü mümkün olacağını bildirirdilər. Həmin üç günü bu ailənin azyaşlısının, ahılının, xəstəsinin taleyi nəzərə alınmırdı. Edilən acizanə xahişlərə də soyuqqanlılıqla yanaşılırdı.
Azəriqaz yanında İctimai şuranın üzvü Zaur Quliyevə edilən müraciətdən sonra idarədən işin axşama qədər görüləcəyinə söz verilmişdir. Lakin , günün sonuna qədər təmir bərpa işləri aparılmayıb. Görünən o idi ki, Bərdə qaz-qəza idarəsindən ictimai şuraya yalançı vəd verib, dediklərinin üstündə dayanaraq, ailəni soyuğun məhrumiyyətinə düçar eləmək idi.
Ancaq, prosesi Azəriqaz yanında İctimai şuranın üzvü Zaur Quliyev izlədiyindən vətəndaş Yeganə xanım Əliyevanın ailəsi soyuğun məhrumiyyətindən xilas oldu.
Gündüz görülməyən iş bir başa AZƏRİQAZIN baş ofiindən verilən göstərişlə gecə saat 10 radələrində icra olunmağa başlandı. Evin xidmətində olan qaz xəttinin reduktoru, sayğacı dəyişirilərək qəza aradan qaldırıldı. Və soyuğun əsirinə çevirilən ailə istiliyinə qovuşdu.
Əliyevlər ailəsi göstərilən köməyə görə, AZƏRİQAZ yanında ictimai şuranın üzvlərinə və rəhbərliyinə, eləcə də AZƏRİQAZ -ın baş ofisinə minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, Əliyevlər ailəsində qazın olmamasına görə 104 çağrı vasitəsilə Bərdə qaz qəza idarəsi məlumatlandırılıb. Qaz qəza xidmətinə məlumat veriləndən sonra idarənin əməkdaşları abonentin mənzilində olublar. Yoxlamanın nəticəsinə görə bildiriblər ki, qaz xəttindəki reduktorda nasazlıq var. Nasazlığın aradan qaldırılması tez bir zamanda mümkün deyil.Yaranmış texniki nasazlığın aradan qaldırılması gələn həftənin birinci günü mümkün ola bilər. Səbəb də anbarda reduktorun olmamasıdır.- deyə idarədən bildiriblər.