22 Noyabr 2024

Bərdəli mədəniyyət işçiləri əsgərlərə konsert verib

Dünən Bərdə Regional Mədəniyyət İdarəsinin və Müdafiə nazirliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan ordusunun şəxsi heyəti qarşısında konsert proqramı təşkil edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova keçirilən konsert proqramı barədə belə deyib: ” 30 ildən sonra işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı sayəsində mənfur düşməndən azad edilmişdir. Bu gün düşməndən azad edilmiş torpaqlarda hərbiçilərlə görüşlər keçirmək və onlara mədəni xidmət göstərmək bizlər üçün çox qürurverici bir hissdir. Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş, bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Hərbiçilərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin mədəni irsimizin təbliğ edilməsi, tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə mütəmadi olaraq regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən hərbi hissələrdə tədbir və konsert proqamları təşkil edilir. Bu dəfə də çalışdıq ki, bir neçə saat ərzində əsgərlərimizin mədəni istirahətini təmin edib, rəngarəng musiqi nömrələri ilə zövqlərini oxşayaq.”

Onu da qeyd edək ki,tədbirin sonunda hərbi qulluqçulara müxtəlif hədiyyələr təqdim olunub.

17Siz, Fidan Gencler, Etiram Sadıqzadə və başqa 14 nəfər1 rəy1 paylaşım