02 İyun 2025

Bərdəli gənclərin təmsilçisi Fidan Nəsirli ” Dəyərləri paylaşaq” müsabiqəsinin qalibi seçilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi “Dəyərləri paylaşaq” adlı müsabiqədə I yerə Bərdə rayon Gənclər və İdman İdarəsinin xanım baş məsləhətçi əməkdaşı Fidan Nəsirli layiq görülüb.

Media1.az xəbər verir ki, bu barədə Fidan Nəsirli özünün facebook səhifəsində paylaşım edib.

Bununla bağlı Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.

Yeri gəlmişkən qazanılan mükafata görə xanım Fidan Nəsirlini təbrik edir, yeni-yeni uğurlar arzu edirik!