28 Mart 2024

Bərdədə “Zəfər Günü” münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Qələbənin ikinci ildönümü münasibətilə Bərdə rayonunun Mərkəzi meydanında məktəblilərin Zəfər gününə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.

Rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin və Qarabağ Regional Təhsil İdarəsinin rayon sektorunun təşkil etdiyi sərgidə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları , YAP Bərdə rayon təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və əmək kolllektivlərinin , ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.