15 Oktyabr 2024

Bərdədə şəhid Elməddin Hüseynzadənin əbədiyaşar xatirəsi anılıb

Senyabrın 29-da , yəni bu gün Bərdədə şəhid Elməddin Hüseynzadənin əziz xatirəsi ehtiramla yad edilib.

Media1.az-ın xəbərinə görə, ziyarətdə xeyli sayda insan iştirak edib. Anım gününə gələnlər şəhid Elməddin Hüseynzadənin Bərdə şəhər şəhidlər xiyabanındakı məzarı başına toplaşıblar. Şəhidin ruhuna burada dualar oxunub, mərsiyyələr deyilib.

Xiyabandan sonra anım tədbiri şəhidin ailəsinə məxsus evdə ehsan süfrəsi ilə davam etdirilib.

Qeyd edək ki, Elməddin Fərman oğlu Hüseynzadə 1998-ci ilin martın 24-də Bərdə rayonunda anadan olub. 
2016-2018-ci illərdə hərbi xidmətdə olan Elməddin əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışıb, daha sonra isə anasının etirazlarına baxmayaraq, yenidən həyatını Ordu ilə bağlayıb, MAXE kimi, fəaliyyət göstərib.
Müharibənin ilk anlarından da döyüşlərə atılıb və Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində-senyabrın 29-da Şəhid olub. Və elə həmin gün axşam saatlarında da nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda”  medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.