23 Fevral 2025

Bərdədə “Qadın hüquqları” mövsusunda görüş keçirilmişdir

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın təşkilatçılığı ilə Bərdə Mədəniyyət Mərkəzində “Qadın hüquqları” mövsusunda keçirilən görüşdə qeyd edilib ki, qadınlarımız tarixən liderlik keyfiyyətlərinə malik olublar. Hələ Ümummilli lider Heydər Əliyevin dövründən başlayaraq, ölkəmizdə qadın siyasəti formalaşıb və bu, ulu öndərin xalqımız qarşısında qadını, ananı ucaltmağa yönəlmiş misilsiz xidmətlərindən biridir. Ölkə Prezidenti İlham Əliyev də ulu öndər H.Əliyevin qadın siyasətini uğurla davam etdirir, qadınlarımızın inkişafına, respublikamızın həyatında fəal iştirakına xüsusi diqqət yetirir, eyni zamanda ölkəmizdə qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bu gün cəmiyyətimiz qadınların siyasi vəzifələrdə təmsil olunmasını, ümumiyyətlə, qadınların iqtisadi cəhətdən müstəqilliklərini təmin etmək üçün görülən tədbirləri yüksək qiymətləndirlər.