Bərdədə narkotik satan şəxslər həbs edilib
Bərdədə narkotik satan şəxslər həbs edilib.
Bu barədə Media1.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən güclü təsiredici xassəyə malik natkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.
Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri, əvvəllər məhkum edilmişlər – Xəyalə Cəfərova və Malik Məmmədov saxlanılıblar.
Onların üzərində aparılan şəxsi axtarış zamanı X.Cəfərovadan külli miqdarda heroin və M.Məmmədovdan isə heroin və metamfetamin aşkar edilərək götürülüb.
Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.