08 Sentyabr 2024

Bərdədə müəllimlər imtahana çəkilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində çalışan 4500-ə yaxın müəllim sertifikatlaşdırma imtahanına çəlb olunub.

Bir qrup media nümayəndəsi  iyunun 21-də Bərdə şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçirilən sertifikatlaşdırma imtahanının keçirilməsi prosesini izləyib, müəllimlərin yüksək əhvali-ruhiyyədə olduqlarının şahidi olublar.

Livepressin xəbərinə görə imtahan Ağcabədi şəhər 11 saylı tam orta məktəb və Bərdə şəhər  3 saylı tam orta məktəblərində keçiriləcək.

İmtahanların təşkili barədə Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülov bildirib ki, iyunun 20-dən 24 –nə kimi  müəllimlərin sertifikatlaşdırılması ilə bağlı Ağcabədi şəhər 11 saylı tam orta məktəb və Bərdə şəhər 3 saylı tam orta məktəblərin də təşkil edilən imtahanlarda  4500 nəfərə kimi region təhsilverənlərinin biliklərinin qiymətləndirilməsi nəzərdə tutulub.

“ Elm və Təhsil Nazirliyi, eyni zamanda Qarabağ Regional Təhsil İdarəsi tərəfindən imtahanın keçirilməsi ilə bağlı bütün zəruri  təşkilati işlər görülüb. İştirakçılara lazım olan dəstəyin göstərilməsi təmin edilib. Sertifikatlaşıdırma təhsilimizdə aparılan islahatın tərkib hissəsidir.Prosesin başlaması təhsil göstəricilərinin yaxşılaşdırılması ilə bağlı məsələdir. Bu kimi qiymətləndirmənin aparılması  müəllimləri daha çox məsuliyyətli olmağa, üzərlərində işləməyə, daim bilik və bacrıqlarının inkişaf etdirilməsinə sövq edir.”-deyə cənab Gündüz Əbdülov vurğulayıb.

Sertifikatlaşdırmanın müəllimlərə yaratdığı üstünlüklərdən sanışan idarə rəisi Gündüz Əbdülov qeyd edib ki, qiymətləndirmə əmsalı tələb olunan göstəricilərə cavab verən müəllimlərin əməkhaqqılarında 35 faiz artım nəzərdə tutulub.

Onu da qeyd edək ki, yaşı 60 – dan yuxarı olan müəllimlər sertifikatlaşdırma imtahanlarından azad edilib.