16 Aprel 2024

Bərdədə baş redaktor dələduzluğa görə həbs edilib

Bərdədə baş redaktor dələduzluğa görə həbs edilib.

Aznews.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.

Araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb.

F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.