08 Sentyabr 2024

Bərdə Xalq Teatrının “İki qardaşın döyüş yolu” adlı tamaşası nümayiş etdirilib

Bərdə rayon Mədəniyyət Mərkəzində şəhid qardaşlar Mahir və Tahir Cəfərovun xatirəsi yad olunub.

ATVFM.LİVE-in xəbərinə görə, “Qayıdan torpaqlar, qayıtmayan oğullar” adlı tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, rayon ictimaiyyəti, Bərdə Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Bərdə Regional Asan xidmət mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri iştirak edib.

Tədbirdə Qarabağ müharibəsində fədəkar oğullarımızın şücaətindən bəhs olunub. Mahir və Tahir Cəfərov qardaşları ehtiramla yad edilib.

Sonda Bərdə Xalq Teatrının hazırladığı “İki qardaşın döyüş yolu” adlı tamaşası təqdim olunub.