Bərdə Xalq Teatrı yeni səhnə əsərinin son məşqlərini aparır
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Mədəniyyət Mərkəzinin Xalq Teatrı yeni səhnə üzərində son məşqlərini aparır. Sabit Rəhmanın “Toy” komediyası əsasında hazırlanan səhnə əsəri yaxın günlərdə teatrsevərlərə təqdim ediləcək.
Qeyd edək ki, Bərdə rayon Xalq Teatrının bölgədə teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr müxtəlif məzmunlu və janrlı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formaşalmasında, gənclərin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayıb. Tanınmış kollektiv həm komik, həm də dramatik əsərləri yüksək səviyyədə tamaşaçılara təqdim etməyi bacarır.