Bərdə Xalq Teatrı şəhidlərin anım gününə tamaşa hazırlayıb

Sentyabrın 26-da Bərdə Xalq Teatrının hazırladığı ” Zəfərə gedən yolun başlanğıcı” adlı tamaşanın təqdimatı baş tutub.
Media1.az-ın xəbərinə görə , tamaşa Bərdə Rayon Mədəniyyət Mərkəzində oynanılıb.
Tamaşanın baxışında şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri , Bərdə ASAN xidmətin əməkdaşları iştirak ediblər.
Tamaşanın ssenari müəllifi və rejissoru Mehman Quliyevdir. Səhnələşdirilmiş hekayə gərgin dramatik süjet xətti üzərində qurulub.
Mehman Quliyev, Aqşin Hacızadə, Ətayə Musayeva, Aynur Qarayeva, Samirə Xəlilova, Günay Hüseyinova tamaşada gərgin emosional artistlik məharəti nümayiş etdirə biliblər. Nəticə etibarilə tamaşa iştirkçıları hisslərini cilovlaya bilməyərək, göz yaşı tökməli olublar.
Səhnələşdirilmiş tamaşa qəhrəman oğullarımıza qarşı xalqın böyük hörmətinin, diqqətinin, qayğısının təcəssümü kimi izləyicilərin alqışlarını və rəğbətini qazanıb.
Tamaşa alqışların müşayəti ilə başa çatıb.
Musa Muradlı- Media1.az






