Bərdə Tələbə Hazırlıq Kursu şagirdlər üçün tədbir təşkil edib.

Fevralın 9- da Bərdə Tələbə Hazırlıq Kursu Bərdə rayon Mədəniyyət Mərkəzində şagirdlər üçün maraqlı motivasiya görüşü təşkil edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiram duruşu ilə yad edilib.
İlk olaraq söz verilən Bərdə şəhər 8 nömrəli tam orta məktəbin fizika-riyaziyyat müəllimi Sədiqə Ağamalıyeva Bərdə Tələbə Hazırlıq Kursunun fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, kursun Bərdə təhsilinin uğurlarında əhəmiyyətli rolu var.
Bərdə Tələbə Hazırlıq Kursunun rəhbəri Rafael Məmmədov qeyd edib ki, kursun nailiyyətləri statistik rəqəmlərdə özünü göstərir. Ötən ilin qəbul imtahanlarında yuxarı bal toplayan şagirdlər arasında kursun məzunları birincilər sırasında olub. Belə bir tədbirin keçirilməsində isə məqsəd kursun hazırladığı şagirdlərdə motivasiya ruhunu qaldırmaqdır. Kurs rəhbəri şagird və müəllim kollektivinə uğurlar arzu edib.
Bərdə rayon Mollalı kənd tam orta məktəbin direktoru Mərahim Yusifzadə kursun nailiyyətlərini bərdə təhsilinin uğuru kimi dəyərləndirib. Bərdə Tələbə Hazırlıq Kursuna gələcək fəaliyyətində uğurlar arzulayıb.
Çıxış edən digər müəllimlərdə kursun nailiyyətlərini yüksək qiymətləndiriblər. Bundan sonra da davamlı olaraq şagirdlərin bilik və bacarığının artırılması istiqamətində əmək sərf edəcəklərini vurğulayıblar.
Tədbirin maraqlı hissəsi əyləncənin təqdim olunması ilə müşahidə olunub. İri gövdəli Pandanın səhnəyə daxil olması, uşaqlarla rəqs etməsi sevinclə qarşılanıb. Mausimikinin ondan qalmaz performası bayram ovqatına çevrilib.
Sonda “İZƏ” nəşriyyatının direktoru Orxan Bəyov çıxış edib. Şagirdlərlə motivasiya ruhlu söhbət edib.
Tədbir şagird və müəllimlərin fotossesiyya çəkilişi ilə yekunlaşıb.
Media1.az- Musa Muradlı













