23 Dekabr 2024

Bərdə təhsilinin müəllimi Mələk Hacıyeva ADA Universitetinin “Bir Müəllimin Manifesti” layihəsində iştirak edib.

Bərdə rayonun Təhsil meneceri, Təhsil Texnologiyalar Mərkəzinin koordinatoru, Güloğlular kənd ümumi orta məktəbin və 8 nömrəli tam orta məktəbin müəllimi Mələk Hacıyeva ADA Universitetinin “Bir Müəllimin Manifesti” layihəsində iştirak edib.

Bu Təhsil Proqramı ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə 100 ildən sonra yenidən bərpa olunan Qazax Müəllimlər seminariyasının ilk proqramıdır. ADA Universitetinin müəllimləri seçilmiş Bir Müəllimin Manifesti layihəsinin iştrakçılarına altı ay ərzində öz təcrübələrini bölüşüblər. Həmçinin Proqram çərçivəsində ingilis dili dərslərinə qoşularaq, dil səviyyələrini daha da artırıblar.

Layihənin əsas məqsədi müəllimlik sənətinin ləyaqətini bərpa etmək, müəllim peşəsinin dəyərini artırmaq, inamını gücləndirmək, müasir təhsildə tələb olunan bacarıqları, problemi həll etmə yollarını öyrənmək və əməkdaşlıq qurmaqdan ibarət olub.

Hazırda layihənin davamı olaraq iştrakçılar ADA Universitetinin ABŞ-da, Mərkəzi Vaşinqtondadır.Mələk müəllimin timsalında bütün müəllimlərə uğurlar arzu edirik!