20 İyun 2025

Bərdə təhsilinə sektor müdiri təyin edilib

Qarabağ Regional Təhsil İdarəsi üzrə Bərdə rayon Təhsil sektoruna yeni müdir təyin olunub. Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, həmin vəzifəyə Qurban Məmmədov təyinat alıb.

Qeyd edək ki, Qurban Məmmədov bu təyinatadək Bərdə şəhər Akademik Zərifə Əliyeva adına Məktəb Liseydə direktor vəzifəsində çalışıb.