Bərdə Suvarma Sistemləri İdarəsi əkinlərini suvarmaq üçün şəhid və qazi ailələrinə köməkliyini əsirgəmir
Bərdənin Mustafaağalı kəndində hər il yaz tarla işləri başlayan vaxt suvarmada müəyyən çətinliklər müşahidə olunur. Kənd sakinləri əkin sahələrinin suvarılmasında ciddi problemlərlə üzləşirlər.Əvvəllər olduğu kimi bu il də yaz tarla işləri kəndlilərin qayğılarını birə beş artırıb.
ATVFM.LİVE xəbər verir ki, bu günlərdə kənd sakinləri problemin həllində aciz qaldıqlarından yerli qurumlara üz tutmaq qərarına gəliblər. Bərdə Suvarma Sistemləri İdarəsindən sakinlərin probleminin aradan qaldırılması üçün zəruri addımlar atılıb.
Bərdə Suvarma Sistemləri İdarəsinin sahə rəisi İlyas Mustafayevin təşkilatçılığı ilə şəhid ailələrinə suyun verilməsi birinci növbədə təmin edilib. Qalan sakinlərin də suvarmada təlabatları növbəlilik əsasında ödənilib.
Hər il problemin təkrarlanmaması üçün xüsusi tədbirlər isə olduğu kimi qalır. Kənd sakinləri problemin aradan qaldırılması yollarını da təklif edirlər.
Kənd sakini Amin Əsgərov problemli ərazilərə su aparan kanala yaxın su mənbəyindən yardımçı qolun çəkilməsinin mümkünlüynü bildirib. Hesab edir ki, Su təsərrüfatı komitəsi əsl istəyini ortaya qoysa sakinlərin illərdən bəri qalan problemini həll etmək olar.