20 Aprel 2024

Bərdə şəhər 10 saylı körpələr evində “uşaqlar günü” qeyd edilib

Mayın 31-də Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasinda “1 iyun- Uşaqların Beynəlxalq Müdafiə günü” münasibətilə tədbir kecirilib.
Media1.az-ın xəbərinə görə, tədbirdə şəhid ailələri,qazilər, mətbuat nümayəndələri , ictimai fəallar iştirak ediblər.
Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədova çıxış edərək uşaqlara yaradilan dövlət qayğisindan razı olduğunu bildirib. Ölkəmizdə uşaqlar üçün yaradılan hərtərəfli şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, Və birinci vitseprezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.Çıxışının sonunda Leyla Məmmədova dünyada qeyd olunan “1 iyun- Uşaqların Beynəlxalq Müdafiə günü” münasibətilə fidan balaları təbrik edib.

Tədbirdə iştirak edən qonaqlara söz vermək ənənəsi unudulmayıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova cixiş edərək uşaqlara gələcəkdə yaxşı təhsil almağı, layiqli vətəndaş kimi ölkəmizi dünya miqyasında tanıtmağı,vətənpərvər olmağı arzulayıb.
Azərbaycanının müdafiəsi uğrunda canından keçən Xudayar Yusifzadə və Turqut Zeynalovun anaları, şəhid Asəf Əsgərovun həyat yoldaşı ,Aprel qazisi Vüsal Muradov uşaqlarla bir gün kecirməkdən qürurlandıqlarını vurğulayıblar.
Çıxışlardan sonra Gəncə şəhərindən dəvət olunan “Karnaval studio”nun yaradıcı nağıl qəhrəmanları uşaqlarla rəqs edib,müxtəlif şən oyunlar nümayiş etdiriblər. Körpələri əyləndirmək üçün Türkiyənin animasiya yaradıcılarının “Rafadan Tayfa” cizgi filmindəki personajları, Tıq-tıq xanım və siçan bəy, Cırtdan və nənə, Sofiya və Elsa obrazları əsasında hazırlanan tamaşalar uşaqlarda maraqla qarşılanıb.

Tədbirdə Xudayar Təsnifinin səsləndirilməsi iştirakçılara duyğulu anlar yaşadıb.
Onu da vurğulamaq lazımdır ki, bağçada həmin günə təsadüf edən iki körpə fidana doğum gününün qeyd edilməsi tədbirin rənginə rəng gətirib.


Əlavə olaraq onu da qeyd edək ki, bağça rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən 1 iyun -Uşaqların Beynəlxalq Müdafiə Gününün keçirilməsi körpələr üçün xüsusi yadda qalan olub.

Media1.az