23 Dekabr 2024

Bərdə şəhər 4 saylı tam orta məktəb də qələbəmiz naminə əlindən gələni əsirgəməyib – Tofiqə Məmmədova

44 günlük müharibənin başlanmasının bir ili tamam olur. İndi 27 sentyabr dövlətimizin başçısı, prezidentimizin sərəncamı ilə “Vətən müharibəsi şəhidlərinin anım günü” elan olunub.

O günləri  Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin direktoru Tofiqə Məmmədova ilə xatırlamalı oluruq.

“27 sentyabr həyatımın ən ağır günlərindən biri olub. Müharibə qorxu,dəhşət deməkdir. Qorxu hər bir insanın keçirdiyi hissdir. Bu hissi yaşamağımız da təbiidir. Buna baxmayaraq  o günü xatırlayanda qürur hissi keçirməli oluruq.  Həmin gün xalqımız prezidentimizin ətrafında birləşərək dəmir yumruq kimi gücünü nümayiş etdirdi.”-deyə Tofiqə xanım Məmmədova vurğulayıb.

Məktəb direktoru Tofiqə Məmmədova bildirir ki, o günlər hamılıqla xalqımız əsgərimizə dəstəyin nümayiş etdirirdi. Maddi mənəvi cəhətdən ordunun yanında oldu. Xaricdə yaşayanlarımıza qədər milyonlarla azərbaycanlı “Qarabağ Azərbaycandır”-dedi. Deməklə yanaşı köməkliyin əsirgəmədi. Sözdə yox,əməlində də  vətənin müdafiəsi üçün kim necə bacarırsa əlindən gələni əsirgəmədi.

“1990-cı ildə Azərbaycan dünya xalqı elan olunmuşdu.44 günlük müharibədə də bir daha ilin xalqı olduğunu sübut etmiş oldu. Keçmiş SSRİ məkanında separatizmlə üzləşmiş xalq kimi yeganə azərbaycanlılar oldu ki, ərazi bütövlüyünün bərpasına nail olub. Bu da təbii ki, Ali Baş Komandanımız,Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasəti sayəsində mümkün olmuşdur.”-deyə məktəb direktoru fikrini qətiləşdirir.

O günlər Bərdə təhsilinin bir məktəbi kimi Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəb də qələbəmiz naminə əlindən gələni əsirgəməyib. Cəbhədən gələn şəhidlərimizi qarşılamaq, son mənzilə yola salmaq mərasimlərində layiqincə iştirak edib.Rayon rəhbərliyi, YAP fəalları ilə müntəzəm olaraq şəhid ailələrinə baş çəkilib.Şəhidlərimizin xatirəsi adlarına layiq şəkildə etiramla anılıb.

Bu gündə şəhidlərin doğum günlərini, şəhid olduqları günü yad edir,tədbirlər davam edir.

Məktəb direktoru Tofiqə Məmmədova sonda bir daha qeyd edir ki, heç şübhəsiz ki, daim bu ənənəmizə sadiq qalacağıq.Şəhidlərin adını qəlbimizdə yaşadacağıq.

Nilufər Əliyeva