23 Dekabr 2024

Bərdə şəhər 3 saylı musiqi məktəbi Beynəlxalq müsabiqədə yeni uğurlar əldə edib.

Bərdə şəhər 3 saylı Uşaq Musiqi Məktəbi yanvarın əvvəllərində Bakı şəhərində keçirilən ” Ümid İncəsənət Müsabiqəsi”ində əldə etdiyi uğurları yeniləyib.Belə ki, bu günlərdə Böyük Britaniya – Qazaxıstan dövlətlərinin birgə təşkil etdiyi Beynəlxalq Vokalinstrumental Musiqi Festivalında yer tutanlar arasında adıçəkilən məktəbin şagirdləri də var.

Media1.az xəbər verir ki, müsabiqənin meyarlarına uyğun olaraq fortepiano üzrə 8-10 yaşlılar arasında məktəbin şagirdləri Aydan Abdullayeva ( müəlliməsi Afaq Hüseynova) , 11-13 yaşlılar arasında tar üzrə Ramin Ağazadə ( Müəllimi Nicat Faxrəddinoğlu, konsertmeystr Nəzrin Həsənli) , 14 -16 yaşlılar arasında tar üzrə Loğman Əliyev ( müəllimi Toğrul Abdullayev, konsertmeystr Əfsanə Əliyeva) II yer qazanıblar. 7 yaşlılar arasında isə müsabiqəyə qatılan Elcan Məhərrəmov ( Müəllimi Qənbər Axundov, konsertmeysterlər: Xankişi Mehdiyev, Ehtiram Çərkəzli) ən yüksək mükafata Qran Priyə layiq görülüb.

Media1.az- Musa Muradlı