21 İyun 2025

Bərdə şəhər 3 nömrəli tam orta məktəbin Valideyin Assosasiyası ilə istedadlı şagirdlərin görüşü keçirilib-FOTOLAR

Noyabrın 26-sı günü Bərdə şəhər Nəriman Nərimanov adına tam orta məktəbdə valideyinlərin iştirakı ilə geniş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin təşkilati işləri üzrə direktor müavini Gülcahan Fərzəliyeva  bildirib ki, təhsil prosesinin uğurlu olması üşün valideyinlər məktəblə yaxından əməkdaşlıq etməlidir.Bunun üçün də valideyinlərin məktəb tədbirlərində , valideyin iclaslarında yaxından iştirakı arzuolunandır.Müəllimlər ilə birlikdə valideyinlərin sinifdəki təhsil prosesini  müzakirə  etmələri şagirdlərin dərslərini daha yaxşı mənimsəyə bilmələri üçün əsas ola bilər .

Gülcahan Fərzəliyeva daha sonra qeyd edib ki, məktəbdə Valideyin və Müəllim Assosasiyası yaradılıb. Siniflərdə valideyin komitələri fəaliyyət göstərir. Bununla da valideyinlərə övladlarının təlim-tərbiyyə prosesində iştirakına tam şərait yaradılır.

Valideyin və Məktəb Assosasiyasının məktəb komitəsinin sədri Kamil Əliyev Bərdə şəhər Nəriman Nərimanov adına məktəbin təhsildəki keyfiyyət amilinə əmin olduğunu bildirib. Bu baxımdan məktəbin məzunlarının ali məktəblərə qəbul olmaq şanslarını yüksək qiymətləndirib. Əvvəlki illərdən fərqli olaraq indi məktəbin müasir tipli məktəb binasına və mddi texniki bazaya malik olduğunu vurğulayıb. Bunun üçün də ölkə rəhbərinə məktəbin müəllim və şagird kollektivinə yaradılan hər tərəfli şəraitə görə valideyinlər adından təşəkkürünü ifadə edib.

Məktəbin direktoru Səfurə Hümbətova bildirib ki, məktəbin binası təhvil veriləndən sonra  birinci dəfədir ki, valideyinlərlə birlikdə geniş tərkibli tədbir keçirilir.

“ Məktəbimizdə 1290 nəfər şagird təhsil alır.Hər bir şagirdin valideyini məktəb binasının içərisinə daxil olsa  təhsil prosesinin yüklənməsi baş verər. Binanın daxili intizam qaydalarına nəzarət etmək çətinləşər. Eyni zamanda yeni istifadəyə verilmiş binanın ziyan görməsinə səbəb olar. Buna görə də valideyinlərin məktəb binasına daxil olması məhdudlaşdırılıb. Belə hala görə bəzən valideyinlərin  narazılığının şahidi oluruq. Valideyinlərlə hər tərəfli izahat işləri aparılır. Elə etməyə çalışırıq ki, heç kəs məktəbdən narazı getməsin.” -deyə Səfurə Hümbətova valideyin məktəb münasibətlərinə həddindən çox önəm verildiyini vurğulayıb.

Səfurə Hümbətova yeni nəslin düzgün tərbiyyə olunması üçün “cəmiyyət, müəllim , valideyin” üçbucağının birgə fəaliyyətini vacib hesab edib. Təlim-tərbiyyə prosesində valideyinin müəllimin yanında olmasını, müəllimə dəstək göstərməsini uşaqların tərbiyyə edilməsində ən doğru yol olduğunu bildirib. Məktəb direktoru habelə qeyd edib ki, valideyin – məktəb münasibətləri düzgün qurulmayanda uşaqların düzgün tərbiyyə olunması da çətinləşir. Bir çox hallar da uşaqlar mənfi təsirlərə məruz qalırlar ki, onun da nəticələri ağır olur. Vaxtında düzgün tərbiyyə olunmadığından bəzilərinin aqibəti həbsxanalara düşmək olur.

Yeni nəslin düzgün tərbiyyə olunması gələcəyimizin təminatı deməkdir- qənaətində olan pedaqoq , direktor Səfurə Hümbətovanın qənaətincə “cəmiyyət, məktəb , valideyin” son dərəcə ayıq-sayıq olmalıdır ki, gələcək nəsil cinayətkar mühitin təsirlərinə məruz qalmasın, cəmiyyətə layiq, vətənə gərəkli şəxsiyyət kimi formalaşa bilsinlər.

Məktəb direktoru Səfurə Hümbətova  keçirilən tədbirdə həm də məktəbin əldə etdiyi uğurlardan danışıb. Respublika əhəmiyyətli inşa , rəsm, idman müsabiqələrində birincilik qazanan məktəb şagirdlərinin nailiyyətlərini vurğulamaqla onları iştirakçılarla tanış edib.

Tədbirdə Uşaq Birliyinin sədri Günel Nərimanova , məktəbin psixoloqu  Mehriban İbrahimova da çıxış edərək Valideyin müəllim əməkdaşlığının əhəmiyyətindən danışıblar.

Sonda müsabiqə qalibləri çıxış ediblər.

Yaradıcı şagirdlərin ifasında saz, skripka alətlərində musiqilər səsləndirilib. Səs ifası ilə mahnı oxunub.

Musa Muradlı- Media1.az