Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində “Vətənim Azərbaycan” adlı solo konsert keçirilib
Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin II sinif şagirdi Əlisoy Nuray Məhəmməd qızının 28 may Müstəqillik Gününə həsr olunmuş solo konserti keçirilib.
Konsertdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əməkdaşları , müəllim və şagirdlər iştirak edib.
Çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən və fəaliyyəti dövründə görülən işlərdən geniş söz açıb, Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib, həmçinin çıxışında, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının tarixi qələbəsindən, işğaldan azad olunmuş torpaqlarda görülən möhtəşəm tikinti-bərpa və quruculuq işlərindən bəhs edib.
Konsert Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin II sinif şagirdi Əlisoy Nuray Məhəmməd qızının ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.