20 Aprel 2024

Bərdədə narkotik satanlar saxlanıldı

Bərdə  Rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatları əsasında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakinləri Babayev Şamxal Azər oğlu və Abdullayev Vasif Vaqif oğlu tutularaq istintaqa təhvil veriliblər.

Saxlanılan şəxslərin üzərində axtarış aparılan zaman onlardan, Babayev Şamxal Azər oğlundan 1 ədəd ağ kağıza bükülmüş, təmiz çəkisi 3.11 qram pisixotrop maddə olan metamfetamin,2 ədəd gümüşü rəngli kağızda ümumi təmiz çəkisi 0.53 qram narkotok vasitə olan heroin,Abdullayev Vasif Vaqif oğlundan isə 1 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 5.73 qram pisixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Hər iki şəxs ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı  Bərdə rayon Polis Şöbəsinin  təhqiqat bölməsində araşdırma aparılır.