21 Noyabr 2024

Bərdə Regional Mədəniyyət İdarəsində hüquq elmləri doktoru, professor Arif Quliyev ilə görüş keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova hüquq elmləri doktoru, professor  Arif Quliyev ilə görüşüb.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Ukraynada fəaliyyət göstərən görkəmli ziyalımız, hüquq elmləri doktoru, professor Arif Cəmil oğlu Quliyev ilə görüşüb.

Görüş ərzində Arif Quliyev regional idarə haqqında öz təəssüratlarını bölüşərək Ukraynadakı fəaliyyətindən, Azərbaycan mədəniyyətinin və incəsənətinin Ukraynada təbliği istiqamətində gördüyü işlərdən,  mədəni əlaqələrin qurulmasından danışıb.

Vəsilə Möhsümova qonaqlara regional idarənin fəaliyyəti barədə məlumat verərək regionda dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsindən, mədəniyyət müəssisələri tərəfindən həyata keçirilən layihələrdən, əhaliyə göstərilən mədəni xidmətlərdən geniş söz açıb.  Vəsilə Möhümova  gələcəkdə qarşılıqlı əməkdaşlıq çərçivəsində mədəni əlaqələrin qurulması, Ukraynada Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğ olunması məqsədi ilə müxtəlif tədbirlərin keçirilməsi və konsert proqramlarının təşkil olunması, regional idarə ilə birgə layihələrin həyata keçirilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparıb.

Sonda qonaqlar  səmimi münasibətə görə regional idarənin rəisinə minnətdarlıqlarını bildiriblər.  

Media1.az