24 İyun 2024

Bərdə rayon Zümürxan kənd Mədəniyyət evində “28 May — Müstəqillik Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib

27 may 2024-cü  il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı Zümürxan kənd Mədəniyyət evinin və Laçın Rayon Zümürxan Məktəbinin birgə təşkilatçılığı ilə, “28 May — Müstəqillik Günü”nə həsr olunmuş  tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Zümürxan kənd mədəniyyət evinin metodisti Musa Muradlı və müəssisənin direktoru Elmira Bayramova müstəqillik günü , ölkəmizin keçdiyi çətin və şərəfli yol haqqında geniş çıxış ediblər.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə ədəbi – bədii kompozisiya nümayiş etdirilib.