23 Dekabr 2024

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmir olunub

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.

Şöbədə müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.

Kəskin, xroniki böyrək çatışmazlığı zamanı xəstələrin şöbədə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yeni hemodializ aparatlarının alınması ilə çarpayı sayı 25-ə çatdırılıb.8 həkim-nefroloqun fəaliyyət göstərdiyi şöbə ultrasəs və rentgen müayinəsi üçün bütün lazımi avadanlıqlarla tam təchiz olunub.

Qeyd edək ki, şöbə ay ərzində 140-dan çox pasiyentə 1 600-dən çox hemodializ seansı aparmaqla fəaliyyət göstərir.