Bərdə Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Tədbirdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktorunun Terapevtik xidmətlər üzrə müavini Loğman Abbasov və xəstəxana kollektivi iştirak edib.
Tədbirdə 20 Yanvar şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Loğman Abbasov çıxış edərək bildirib ki, bu gün xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən artıq otuz beş il keçir. İllərin sayı artsa belə xalqımız o günləri heç vaxt unutmur. Qeyd edib ki, yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.
Daha sonra çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasından söz açılıb.


