Bərdə Rayon Mərkəzi Xəstəxanası bayram günlərində gücləndirilmiş iş şəraitində çalışıb

Bərdə Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti həmişəkindən fərqli olaraq bayram günlərində daha çox əmək sərf etməli olub.
Media1.az-ın xəbərinə görə , Bərdə Rayon Mərkəzi Xəstəxanasının terapevtik işlər üzrə direktor müavini , baş həkim, doktor Loğman Abbasov bayram gecəsində həkim heyətinə baş çəkmiş, bayramların təbrik etmişdir. Eyni zamanda vətəndaşlara tibbi xidmətin təşkilində keyfiyyətliliyin təmin edilməsi baxımından heyətə baxış keçirmişdir.
Onu da qeyd edək ki, adi günlərdən fərqli olaraq xəstəxanaya müraciət edənlərin sayı xeyli sayda çox olub. Doktor Loğman Abbasovun bildirdiyinə görə, adi günlərdə Acil tibbi xidmətə müraciət edənlərin sayı 40-45 nəfər olduğu halda, bayram günlərində bu rəqəm 140 nəfərə qədər artıb.
Ancaq , müraciətlərin sayında kəskin artım müşahidə olunsa da Bərdə Mərkəzi Xəstəxanasının tibb heyəti çətin və şərəfli işin öhdəsindən layiqincə gəlməyi bacarıb.
Media1.az olaraq Yeni ilin gəlişi münasibətilə həkimlərimizi təbrik edir, onlara çətin və şərəfli işdə uğurlar arzu edirik!
Media1.az – Musa Muradlı





