Bərdə rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya yox deyək” mövzusunda tədbir təşkil edilib.
Tədbir dekabrın 2 – də Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Bərdə rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Təşkil edilən seminarda Bərdə rayon İcra Hakimiyyətinin, Bərdə rayon Prokurorluğunun, Bərdə rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səriyyə Kərimova çıxış edərək korrupsiya əməli barədə danışıb.
Rayon prokurorluğunun əməkdaşı Nərgiz Hüseynova korrupsiya əməlinin mahiyyətinə aydınlıq gətirib.
Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Qasımov çıxış edərək, korrupsiyanın dövlət və cəmiyyətə vurduğu zərərli hallardan danışıb.
Digər çıxış edənlər, Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Musa Muradlı, Kitabxana əməkdaşı Gülnarə Əliyeva, Mədəniyyət işçiləri Mehman Quliyev, Brilyant Dadaşova da çıxış edərək, filirlərini bölüşüblər.









