19 Sentyabr 2025

Bərdə rayon Mədəniyyət Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş tədbir təşkil edilib

Bərdə rayon Mədəniyyət Mərkəzində 18 sentyabr Milli Musiqi günü və Bütöv İslam dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəyovun 140 illik yubileyi münasibətilə “Azərbaycan musiqisinin Üzeyir zirvəsi” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon üzrə nümayəndəsi Fərid Hacıyev Üzeyir Hacıbəyovun Azərbaycanın musiqi mədəniyyəti tarixində çoxşaxəli yaradıcılığından, mədəniyyət və incəsənət sahəsində göstərdiyi misilsiz xidmətlərdən, Azərbaycan Respubliksaının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan, mədəniyyətimizin beşiyi olan Qarabağda mədəniyyətimizin bərpası ilə bağlı görülmüş işlər haqqında çıxış edərək bütün musiqi sevərləri ürəkdən təbrik edib.
Tədbir Qarabağ Xalq çalğı alətləri ansamblının hazırladığı konsert proqramları və Bərdə Xalq Teatrının hazırladığı tamaşalarla davam edib.