Bərdə rayon Mədəniyyət Mərkəzində 27 sentyabr Anım günü ilə əlaqədar tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon üzrə nümayəndəsi Fərid Hacıyev və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın keçdiyi döyüş yolundan, ərazi bütövlüyümüzün bərpa olunmasından və dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbirdə Vətən müharibəsi şəhidi Asif Abışovun anası İsbət xanım və Devran Naibovun anası Xuraman xanım da çıxış edərək torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini, bizə Zəfəri bəxş edən şəhidlərimizin heç vaxt undulmayacağını və yaddaşlardan silinməyəcəklərini qeyd ediblər.
Tədbirin sonunda Bərdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının səhnələşdirdiyi “Zəfərə gedən yolun başlanğıcı” adlı kompozisiya təqdim olunub.








