Bərdə Rayon Mədəniyyət Mərkəzi Mətbuat Gününə həsr edilmiş tədbir təşkil edib

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi Hacıəhmədli kənd klubu ilə birgə 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə “150 illik şərəfli yol ” adlı konsert təşkil edib.
Tədbirdə media nümayəndələri, mədəniyyət işçiləri, habelə, istedadlı qələm adamları , şair və şairələr iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib. Dövlət himni səsləndirilib.
Media1.az saytının baş redaktoru Musa Muradlı mətbuat tarixindən, bu günkü media fəaliyyətinə yaradılan şəraitdən, Dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğıdan danışıb. Milli Mətbuatın 150 illiyi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı və digər mükafatlara layiq görülən jurnalistləri təbrik edib. Bu sırada olan Azneus.az saytının baş redaktoru Taleh Şahsuvarlı və Azərtacın müxbiri Tahir Ağaməmmədovun adlarını xüsusilə vurğulayıb.
Tədbirdə təqdim olunan konsert proqramı iştirakçılarda yüksək əhval ruhiyyə yaradıb.
Sonda çay süfrəsi təşkil edilib, xatirə şəkili çəkilib
Musa Muradlı- Media1.az












