06 Fevral 2025

BƏRDƏ PEŞƏ TƏHSİLİNDƏ YENİ DÖVR BAŞLAYIB.

Ölkə təhsilində peşəyönümlü müəssisələrin dirçəldilməsinə , yenidən qurulmasına diqqət artıb.Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyinin ayrıca bir qrum kimi yaradılması da buna bariz nümunədir.
Bölgələrdə də peşə təhsili üçün yeni imkanlar yaranıb.Onu da qeyd edək ki, Bərdədə də əvvəllər peşə təhsili üçün geniş maddi texniki baza olub. İnkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan burada da peşə təhsilnə önəm verilmişdir. Rayonda 47 saylı və 105 saylı peşə məktəbləri fəaliyyət göstərmişdir. 90-cı illərdən başlayaraq ölkəmizdə gedən müharibə səbəbilə məcburi köçkünlər bütün təhsil müəssisələrində yerləşdirildiyi kimi 105 və 47 saylı peşə məktəblərində də əhali məskunlaşdırılmışdır. Bu da məktəblərin əsas fondlarının dağılmasına ,sıradan çıxmasına səbəb olmuşdur. Bu baxımdan peşə məktəbləri acınacaqlı duruma düşmüşdür.Ancaq, ölkəmizin qüdrəti artdıqca məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların müasir şəraiti olan binalarda yerləşdirilməsinə başlanılmışdır. Təhsil müəssisələrinin yenidən qurulmasına diqqət yönəldilmişdir.
Bununla da Bərdə Peşə Liseyinin yeni dövrü başlanılmışdır. 105 saylı peşə məktəbinin yerində yeni müasir tələblərə cavab verən ,yataqxanası, maşın parkı ilə təmin olunmuş Bərdə Peşə Liseyi inşa edilmiş, 2021-ci ilin sentyabrından istifadəyə verilmişdir.
İndi burada Bərdə və yaxın rayonlardan yüzlərlə tələbə peşə təhsilinə yiyələnir.Təhsilalanlarda tədrisin təşkilindən razıdılar. Bərdə Peşə Liseyi yenidən qurulduğundan, profilini genişləndirildiyindən təhsil müəssisəsinə əlavə işçilər cəlb olunub. Təhsilverənlər kontingentinin formalaşdırılmsında əsasən gənc mütəxəsislərə üstünlük verilib.
Belə gənc müəllimlərdən biri də Elsevər Həmidlidir.Elsevər Həmidli Azərbaycan Aqrar Universtiteinin mühasibat uçotu fakultəsini bitirib.Bərdə Peşə Liseyində ixtisasına uyğun olaraq mühasibat uçotu fənnini tədris edir.Eyni zamanda Ərzaq və Qeyri ərzaq malları nəzarətçisi və satıcısı qrup rəhbəridir. Onun rəhbəri olduğu qrupda 18 nəfər tələbə təhsil alır. Elsevər Həmidlinin qrupunda yüksək xoş əhval ruhiyyə hiss olunur. Müəllim , tələbə münasibətlərində qarşılıqlı hörmət açıq-aydın hiss olunur. Tələbələri müəllimlərindən ağız dolusu danışır,razılıq edirlər. O , bizim üçün tək müəllim deyil, həm də müəllimdir deyirlər.
Elsevər Həmidlinin qayğıları da az deyil. O, hər gün liseyə 40 km aralı olan Bərdə rayonunun Qazaxlar kəndindən gəlib , gedir. Ancaq , buna baxmayaraq yorulmur. Uzaq mənzil qət etsə də çətinliklərə sinə gərir, Bərdə Peşə liseyində işləməyi, tələbələrə təhsil verməyi özü üçün böyük bir şərəf bilir.
Nilufər Əliyeva