Bərdə Mədəniyyət Mərkəzi ümumrayon novruz şənliyində tamaşaçılara maraqlı anlar yaşadıb.

Martın 18-də Bərdə şəhərinin Heydər Əliyev adına istirahət parkında novruz şənliyi təşkil edilib.
Bayram tədbirində yüzlərlə rayon sakini iştirak edib.
Bayram şənliyində Bərdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək yerli sakinləri bayram münasibətilə təbrik edib.
Rəsmi çıxışın ardından söz musiqiyə verilib. Bərdə rayon Mədəniyyət Mərkəzinin hazırladığı proqrama uyğun olaraq Kosa, bahar qız, keçəl personajları tamaşaçılara bayram ovqatı bəxş ediblər. Bir birindən maraqlı musiqi və mahnılar rayon sakinlərinin ruhunu oxşayıb.
Musa Muradlı- Media1.az



















