Bərdə kollecində müəllim günü qeyd olunub
5 Oktyabr beynəlxalq müəlim günü Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində yüksək əhvali-ruhiyyə ilə qeyd olunub.
Kollecin direktoru çıxış edərək müəllimlər günü münasibətilə təhsil müəssisəsində çalışan kollektiv üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.
Şöbə müdiri Emin Əliyev 5 oktyabrın müəllimlər günü kimi qeyd olunmasını əlamətdar hadisə adlandırıb. Bu münasibətlə müəllim olan hər bir şəxsin ünvanına təbrik ismarıcı ünvanlayıb.
Kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini Oksana Məhərrəmova da bayram münasibətilə xoş sözlərini müəllim və tələbə kollektivi ilə bölüşüb.
Tədbirdə kollecin tələbələri Hüseyinova Aysel və Abdullayeva Alsu müəllim heyətini şeirlərlə təbrik edib.
Keçirilən tədbir xoş ovqatla başa çatıb.