Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı ikitərəfli diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır.Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.
Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Belarus Prezidenti qeyd edib: “Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik.”
Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə çalışırlar. Bu gün bizim dünya dövlətləri ilə iqtisadi əlaqələrimiz genişlənir. Azərbaycanın Belarus ilə də diplomatik və iqtisadi münasibətləri də çox yüksək səviyyədədir. Digər tərəfdən, bu ölkə ilə iqtisadi əlaqələrimiz durmadan genişlənir. Azərbaycan-Belarus münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin əsas göstəricilərindən biri də ölkə prezidentləri arasındakı xoş münasibətlərdir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı