18 Oktyabr 2024

Bayden Amerikası Ukraynaya daha çox silah satacaq

ABŞ-ın yeni dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə rəsmi Vaşinqtonun hərbi dəstəyini artıracağına söz verib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Dövlət Departamentinin rəhbəri Ukraynaya silah satılmasında heç bir əngəl olmadığını ifadə edib.

Öz növbəsində Dmitri Kuleba Entoni Blinkendən Rusiyaya qarşı diplomatik təzyqlərin gücləndirilməsinin vacibliyin vurğulayıb. Ukrayna xarici siyasət rəhbərinin fikrincə, bu Donbasdakı münaqişənin və Krım yarımadasının işğalının sona çatıdırlmasında mühüm faktor sayılır.

Qeyd edək ki, keçmiş prezident Donald Trampın administrasiyası 2017-ci ilin sonunda Ukraynaya iri həcmdə silah satışına başlayıb. 2018-ci ilin aprelində rəsmi Kiyevə 37 ədəd tank əleyhinə “Javelin” (Cavelin oxunur-red.) raket sistemləri və ona əlavə olaraq 210 raket verilib. Bundan başqa, Ukrayna silahlı qüvvələri ABŞ ordusunun silahlarından istifadə etmək üçün xüsusi təlimlərə cəlb olunurlar.

2020-ci ilin dekabrında ABŞ-ın Ukrayanaya silah tədarükündə rekord rəqəmlər qeydə alınıb. Belə ki, ötən ildə rəsmi Vaşinqtonun bu ölkəyə 510 milyon dollarlıq silah satışı həyata keçirdiyi məlum olub ki, bu da 2019-cu illə müqayisədə 2 dəfə çoxdur.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp buna görə onu Ruisyaya qaşrı yumşaq siyasət sərgiləməkdə ittiham edənləri qınayaraq, məhz onun dövründə Ukraynanın hər cür hərbi dəstəyə malik olduğunu deyirdi.

Hələ ötən ilin noyabrında Milli strategiyalar və texnologiyalar mərkəzinin direktoru Konstantin Makiyenko Ukraynanın əlində Rusiyanın əlində olmayan silahlara, o cümlədən üçüncü nəsil raket kompleksləri və kamikadze dronlara sahib olduğunu bildrimişdi.

Bu ilin iyul ayında isə Ukrayna Milli təhlükəsilzik və müdafiə şurasının katibi Aleksey Danilov ABŞ-dan 2015-ci ildən bu yana 2 milyard dollarlıq hərbi yardım aldıqlarını təsdiqləmişdi.