21 Noyabr 2024

Baş Prokurorluqdan Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı AÇIQLAMA YENİLƏNİB

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.

APA xəbər verir ki, R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.