Baş Prokurorluqdan intihar edən qızlar ilə bağlı – AÇIQLAMA
Baş Prokurorluq martın 9-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı açıqlama verib.
Qurumun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb:
“Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir”.