29 Mart 2024

Baş nazirlə XİN rəhbəri arasında QALMAQAL – Bu ölkənin maraqları zərbə altındadır

münasibətlərinin Afinada yenidən gündəmə gəlməsinin səbəbi təkcə Tripolidəki diplomatik böhran deyil.

Ötən ilin avqust ayında başlayan “telefon qalmaqalı”nda Dendias da daxil olmaqla 33 nəfərin telefon danışıqlarının İsrailin “Predator” casus proqramı vasitəsilə dinlənildiyi iddia edilmişdi. Bu səbəbdən Mitsotakis və Dendias arasında münasibətlərin yaxşı olmadığı deyilir.

Bundan başqa, Yunanıstan Milli Kəşfiyyat Təşkilatının rəhbəri Panagiotis Kontoleonun, Panhellenik Sosialist Hərəkatının lideri Nikos Androulakis və CNN Yunanıstanın iqtisadiyyat müxbiri Tanasis Koukakisin telefonlarının dinlənildiyi bildirilirdi.

Bu iddialara cavab verməli olan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis: “Mən nə baş verdiyindən xəbərsiz idim. Bilsəydim, heç vaxt icazə verməzdim” – demişdi.

Baş nazirin bu açıqlaması müxalifətin sərt tənqidinə səbəb olmuşdu.

Nigar Cəfərli