08 Sentyabr 2024

“Barselona” İspaniya Kubokunun 1/8 finalına çətinliklə yol açıb

“Barselona” futbol üzrə İspaniya Kubokunun 1/16 finalında “Kornella” ilə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma Katalon klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib oyunun əsas vaxtında müəyyənləşməyib.

Matçda hesabı 92-ci dəqiqədə Usman Dembele açıb, oyunun 120+1 dəqiqəsində Martin Braytvayt son nöqtəni qoyub.

Qeyd edək ki, “Barselona” qarşılaşmanın gedişatında iki dəfə penaltini reallaşdıra bilməyib. Əvvəlcə Miralem Pyaniç, sonra isə Dembele bu imkanlardan yararlana bilməyiblər.