22 Dekabr 2024

Balakəndə ildırım evi vurub külə döndərdi

Balakəndə fərdi yaşayış evini ildırım vurub.

Media1.az APA-ya istinadla xəbər verir ki, ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus, ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otaq əşyaları ilə birlikdə tam yanıb.

Otaqlar və aynəbəndin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə, fərdi yaşayış evində baş verən yanğın evi ildırım vurması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.