Bakının avtomagistrallarında sürət həddi endirilib

Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Heydər Əliyev prospekti – Hava limanı və Zığ yolu – Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.
Media1.az xəbər verir ki,bu barədə Musavat.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
“Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik”, – qurum bəyan edib.