08 Sentyabr 2024

Bakıda yaşayış binasında yanğın olub VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Report”un məlumatına görə, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.

Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.