Bakıda “Ümid 2022” müsabiqə – festivalı keçirildi – FOTO
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı 32 nominasiya üzrə bütün Azərbaycandan 1400-dən çox iştirakçı olan “Ümid 2022” İncəsənət müsabiqə – Festivalına ev sahibliyi etdi. Ən inadlı mübarizə akademik alətlərdə “uşaqlar 2” (9-10 yaş) və “yeniyetmələr 2” (13-15 yaş) kateqoriyasında fortepiano, və xalq çalğı alətlərdə saz və tar solistləri arasında olub.
Musabiqə aktyor sənəti, bədii qiraət, akademik vokal, estrada vokalı, xanəndə, xalq çalğı alətləri:nağara, kamança, saz, kanon, qarmon, tar, balaban və s., fortepiano, skripka, klarnet, zərb alətləri və s. nominasiyalar üzrə keçirilib.
Bütün iştirakçılar solo, duetlər, kiçik qruplar (8 nəfərə kimi), ansambllar (24 nəfər) və böyük ansambllar (səhnədə 25 və ya daha çox iştirakçı) nominasiyalara bölünmüşdür. Uşaqlar 1 (8 yaşa qədər), uşaqlar 2 (9-10 yaş), yeniyetmələr 1 (11-12 yaş), yeniyetmələr 2 (13-15 yaş) və böyüklər (16 yaş və yuxarı) yaş kateqoriyalarına da bölünüb.
Münsiflər heyyəti ölkəmizin uzun illərdir ki, sənət və mədəniyyətin təhsili və inkişafında öz dürüstlüyünü və bacarıqlarını sübut edən çox təcrübəli və əməkdar artistlərdən ibarət idi. Münsiflər heyətinin üzvləri iki günlük yarışmada hər gün fasiləsiz 14 saat müddətində tədbirdə iştirak etdilər! Bu müddət ərzində onlar bir min dörd yüzdən artıq iştirakçıya baxdılar və qiymətləndirdilər!
“Mən çox məmnunam ki bu çətin zamanlarda, müəllimlərimiz uşaqlara sənət verməyə davam edirlər! Öz uşaqları üçün bu nəcib və gözəl yol seçdiklərinə görə bütün valideynlərə minnətdarlığımı bildirirəm! Mayın əvvəlində Bakıda keçiriləcək Beynəlxalq İncəsənət Olimpiadasının təşkilində artıq müxtəlif günlərdə fənlər bölünməsi və incəsənətin hər bir növü üçün fərdi hakimlər xətlərinin yaradılması barədə qərar qəbul etmişik! “- Azərbaycan Gənclər Birliyinin Mədəniyyət və İncəsənət şöbəsinin müdiri Əziz Əzizov dedi.
İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az