08 Sentyabr 2024

Bakıda quyuya düşən şəxs xilas edilib

Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Media1.az  Musavat.com-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 9 m olan quyuya düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın quyudan çıxarılmasını təmin ediblər.

Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.