18 Aprel 2024

Bakıda qadını öldürmək istəyən kişi tutuldu

Bu gün saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan daxil olan məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.